Slimfit
  1. CƏMİYYƏT

Məktəblilərin müəllifi olduğu kitab çap edilib

Məktəblilərin müəllifi olduğu kitab çap edilib
Sakura

Məktəblilərin müəllifi olduğu kitab çap edilib

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilib və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqələləri ilə çıxışlar ediblər. 

Qafqazinfo” xəbər verir ki, yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab işıq üzü görüb.

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə təhsil idarəsinin məsul nümayəndələri, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, paytaxt RİH-lərinin məsul əməkdaşları və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələrinin iştirakı ilə və şagirdlərin özlərinin sədrlik etdiyi təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Səbail rayonu 6 nömrəli məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatı şöbə müdirinin müavini Ədalət Teymurov, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Aygün Əfəndiyeva, Binəqədi rayonu, 297 nömrəli orta məktəbin şagirdi Əntiqə Niftəliyeva və başqaları rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, əsas məqsədi orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq olan konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. 

Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 nəfər şagirdin hazırladıqları monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR