Slimfit
  1. CƏMİYYƏT

Məktəblilərə süd paylanılmasına başlanılıb (FOTO)

Məktəblilərə süd paylanılmasına başlanılıb (FOTO)
Sakura

Məktəblilərə süd paylanılmasına başlanılıb (FOTO)

 

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılmış və həmin işçi qrup tərəfindən “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanmışdır. Layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlər nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 305 nömrəli məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər nəzərdə tutulmuşdur.

Şagirdlərə Azərbaycan Respublikasında qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi nəzərədə tutulmuşdur. 

Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanmış və doldurulması məqsədilə valideynlərə təqdim edilmişdir. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR