Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəblilərə düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilib

Məktəblilərə düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilib
Sakura

Paytaxt məktəblərində “Sağlam məktəbli” maarifləndirici layihə çərçivəsində görüşlər davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 276 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Görüşdə layihənin məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, məktəblilər arasında qida təhlükəsizliyi mövzusunu təbliğ etmək və şagirdlərdə bununla bağlı bilik və müvafiq vərdişlər aşılamaq layihənin əsas məqsədlərindəndir.

Tədbirdə, həmçinin məktəblilərə düzgün qidalanma barədə müvafiq tövsiyələr verilib, “Qida zəncirinin mərhələləri”ni əks etdirən videoçarx təqdim olunub. Daha sonra şagirdlərlə “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidaların ziyanları” mövzularında fikir mübadiləsi aparılıb.

Sonda mütəxəssislər tərəfindən məktəblilərin sualları cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində görüşlərin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR