Slimfit
  1. MEDİA

Məktəblilər MEK-ə ekskursiya ediblər

Məktəblilər MEK-ə ekskursiya ediblər
Sakura

Məktəblilər MEK-ə ekskursiya ediblər

Məktəblilər MEK-ə ekskursiya ediblər

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin bir qrup şagirdi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər. Ekskursiya məktəbin Uşaq Birliyinin rəhbəri Leyla Əhmədovanın təşkilatçılığı ilə sinif rəhbəri Günay Həsənova və fənn müəllimi Zülfiyyə Hüseynovanın iştirakçılığı ilə baş tutub.

Uşaqlara təhsillərində müvəffəqiyyətlər arzulayan MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı, kitabxananın təkcə oxuyub maariflənmək üçün deyil,  həm də mənəvi zənginlik ocağı olduğunu qeyd edib, onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib.

Ekskursiyaya oxucu qeydiyyatından başlayan məktəbliləri MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova kitabxana haqqında ətraflı məlumatlandırıb. Daha sonra şagirdlər Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, “Akademiklər” zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıb, “Nadir və qiymətli nəşrlər” şöbəsi, həmçinin kitab fondları ilə tanış olublar. 

Məktəblilər Azərbaycan kitabxana sistemində ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunda olarkən Ulu öndər Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetirib, həmçinin “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərlə tanış olublar.

Sonda MEK tərəfindən məktəbin kitabxanasına dəyərli nəşrlər də hədiyyə edilib.

AMEA Mərkəzi Elmi Kitabxanası

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR