Slimfit
  1. CƏMİYYƏT

Məktəblilər bu il yeni forma geyinəcəklər? - Açıqlama

Məktəblilər bu il yeni forma geyinəcəklər? - Açıqlama
Sakura

Məktəblilər bu il yeni forma geyinəcəklər? - Açıqlama

Yeni dərs ilinin başlamasına bir aydan az vaxt qalıb. Buna baxmayaraq, valideynlər vahid məktəbli forması almağa tələsmirlər. Əksər valideynlər Təhsil Nazirliyinin qərarına əsasən yeni formaların satışa çıxarılmasını gözləyirlər.

Bəs görəsən, bu ildən yeni formalar satışa çıxarılacaqmı?

Mövzu ilə bağlı Axar.az-a danışan Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, bu il məktəbli formalarının qiymətlərində və modellərində heç bir dəyişiklik olmayacaq:

“Qiymətlərdə heç bir dəyişiklik yoxdur, 2017-ci ilin qiymətləridir. Kostyum 1-6-cı siniflər üçün 44 manat, 7-11-ci siniflər üçün isə 46 manatdır. Köynək 26-54 ölçüyə kimi həm aşağı, həm də yuxarı siniflər üçün 8 manat, jilet bütün siniflər üçün 8 manat təşkil edir. Bizdə demək olar ki, bütün ölçülərdə formalar mövcuddur”.

E.Əzimov hazırda satışların çox zəif getdiyini söyləyib:

“Bunun da əsas səbəbi yeni formalara keçidlə bağlı yayılan məlumatlardır. Amma nazirliyin həmin qərarı bu ili əhatə etmir. Dəyişiklik növbəti ildən ola bilər.

Yeni vahid məktəbli formaları ilə bağlı Təhsil Nazirliyi bizə müraciət edib, biz də öz dizaynerlərimizin ad və soyadını təqdim etmişik. Artıq işçi qrupu yaradılıb. Onlar yeni modellər hazırlayacaqlar. Hansı məktəbli forması təsdiq olunsa, BTE həmin formanın istehsalına başlayacaq”.

E.Əliyev saxta məktəbli formaları ilə orijinal formaları ayırd etmək üçün bir neçə nüansa diqqət edilməsi gərəkdiyini bildirib:

“Valideynlər formanı aldıqları mağazalardan sertifikat tələb etsinlər. Keyfiyyətsiz formaları adi gözlə də ayırd etmək olur. Belə ki, saxta formalar parçanın keyfiyyətindən, tikişlərin səliqəsizliyindən və qiymətlərin ucuz olmasından bilinir.

Saxta formalar zirzəmi şəraitində hazırlanır. Valideynlər nədənsə elə bilir ki, 5 manat ucuz alsalar, qabağa düşəcəklər. Amma həmin formaları heç yarım il də geyinmək olmur. Bir dəfə yuyulan kimi rəngi dəyişir, tiftiklənir. Həm də belə formalar allergik reaksiyalara səbəb ola, səpgi verə bilər. Ona görə də valideynlərə tövsiyə edirəm ki, təsadüfi yerlərdən məktəbli forması almasınlar.

Bizim mallarımızın keyfiyyət sertifikatı var. BTE-nin satış mərkəzlərində olan məktəbli formalarına bir il zəmanət verilir. Məktəbli formaları ilə bağlı sualı və şikayəti olan valideynlər (012) 597 45 39 “Qaynar xətt”inə müraciət edə bilərlər”.

E.Əliyevin sözlərinə görə, valideynlər övladlarına forma almaq üçün BTE-nin metro çıxışlarındakı mağazalarına üz tuta bilərlər:

“Satış mərkəzləri Bakının bütün rayonlarında, ucqar nöqtələrində - Mərdəkan, Buzovna və s. yerlərdə, Sumqayıt və İsmayıllıda yerləşir. Bundan əlavə, forma almaq üçün valideynlər uzaq məsafələrə getməsinlər deyə metro çıxışlarında da BTE-nin satış mərkəzləri var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR