Dərc edildi: Baxış sayı: 1678
Məktəbli formaları ilə bağlı yeni qərar...
Hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə əlavə edib ki, yeni forma qəbul edilsə belə köhnə formalar sıradan çıxana qədər geyinilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət