Slimfit
  1. CƏMİYYƏT

Məktəbli ekskursiyalarının təşkili ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin tövsiyəsi

Məktəbli ekskursiyalarının təşkili ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin  tövsiyəsi
Sakura

Məktəbli ekskursiyalarının təşkili ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin tövsiyəsi

Tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.

Ens.Az-ın məlumatına əsasən,lakin, təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır.

Qeyd olunan səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keşirmək tövsiyə olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin və sürücülərinin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəkdir.

Ümidvarıq ki, valideynlər də  tövsiyələri nəzərə alaraq, səyahətlər zamanı övladlarının təhlükəsizliyinə daha çox diqqət ayıracaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR