Məktəblərin bağlanacağı ilə bağlı bu xəbərə inanmayın!
Neçə gündür ki, valideynlər arasında məktəblərin bağlanması ilə bağlı Vatsap üzərindən yayılan xəbər narahatlıq yaradıb.
Təhsil Nazirliyinin adından göndərilən məlumatda bildirilir:
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı! Ölkəmizdə məlum pandemiya şəraitini və yoluxma sayının kəskin surətdə artmasını nəzərə alaraq COVİD-19 dan qorunma məqsədli yeni tədbiri sizlərə təqdim edirik: 1 noyabr-1 yanvar tarixlərində bağçalar, 9-cu siniflər distant təhsilə keçəcək. 1 noyabr-1 dekabrda 10-11-ci siniflər, 1 noyabr -1 dekabr tarixlərində isə univeristetlər, kolleclər, gimanziyalar, bütün ali təhsil müəssisələri qısamüddətli distant təhsilə keçəcək”.
Ens.az xəbər verir ki, Musavat.com saytı məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Eyni zamanda, son günlər yoluxma sayının artması, ayrı-ayrı məktəblər, universitetlərdə kiçik qrupların distant təhsilə keçməsi səbəbindən noyabrda təhsilin tamamimlə qeyri-ənənvi formada davam etdirilib - etdirilməyəciyini soruşub.
Qurumdan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə məlumat veriləcəkdir:
“Valideynlərə təqdim olunan məlumat isə yanlışdır. Heç bir əsası yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət