Dərc edildi: Baxış sayı: 2209
Məktəblərin 8 Mart dərdi: Şagirdlərin qarşısına məbləğ qoyulur
Son günlər 8 Martla bağlı şagirdlərdən pul yığılması iddiaları çoxalıb. Hətta bu prosesin məktəblərin bağlanmasından öncə başladığı və hələ də davam etdiyi bildirilir.
ARB TV-nin “Günə Doğru” proqramında bununla bağlı maraqlı süjet yayımlanıb.
Valideynlər məktəbdə pul yığılmadığını desələr də, uşaqlar bunun əksini iddia edirlər:
“Mən üçüncü sinifdə oxuyuram. Müəllimlərə hədiyyə almaq üçün beş manatdan pul yığırıq, amma mən gül vermək istəyirəm”.
Şagirdlərdən birinin sözlərinə görə, müəllimə hədiyyə almaq üçün 40 manat pul yığıblar.
Mövzu ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, koronavirus təhlükəsinə görə məktəblər bağlandığına görə bu məsələ aktual deyil.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox