Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəblərdə yeni fənn tədrisi: nəticə olacaqmı?

Məktəblərdə yeni fənn tədrisi: nəticə olacaqmı?
Sakura

Məktəblərdə yeni fənn tədrisi: nəticə olacaqmı?

Dərsdənkənar məşğələlərdə bütün şagirdlər iştirak etmir, bu, könüllü olur. Hansısa fənnin daxilində tədris edilərsə, daha məqsədəuyğun olar. Yoxsa tam istədiyimizi ala bilməyəcəyik.

Ens.az-ın məlumatına əsasən,bu barədə Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi məktəblərdə gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzunun parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasındakı birinci oxunuşda müzakirəyə çıxarılmasına münasibəti zamanı deyib.

“Hazırda gündəmdə baş verən hadisələri izlədiyimiz zaman istər gender bərabərliyinin pozulması, istərsə də şəxsiyyətlərarası münasibətlərin pozulması faktlarını görürük. Əvvəllər məktəblərdə “İnsan və Cəmiyyət” fənni tədris olunurdu. Həmin dərs neçə vaxt olar ləğv olunub. Ona müvafiq olaraq belə bir fənnin tədris olunması, düşünürəm ki, şagirdlərin şəxsiyyətlərarası münasibətləri öyrənmələri, eyni zamanda, kişi və qadın hüquqlarının bərabərliyi məsələlərini bilmələri baxımından vacib əhəmiyyət kəsb edəcək. Biz baxırıq ki, qadınların, kişilərin hüquqları bu və digər şəkildə pozulur. Gələcəyi düşünsək, baş vermiş neqativ halların qarşısını ala bilərik”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, dərsdənkənar məşğələlər adətən şagirdlər tərəfindən birmənalı yanaşılmır:

“9-10-11-ci sinif şagirdləri ali təhsil müəssələrinə hazırlaşırlarsa, onlar düşünəcək ki, gender bərabərliyi ilə bağlı mövzuya vaxt ayırmaqdansa, gedib hazırlaşdığım fənni oxuyaram. O nöqteyi-nəzərdən düşünürəm ki, yuxarı siniflərdə effektiv nəticəsi olmaz. Hansısa fənnin daxilində, ya da ayrıca fənn kimi tədris olunarsa, qiymətləndirilməsi həyata keçirilərsə, o zaman bir qədər maraqlı nəticə görmək olar”, - Elçin Əfəndi bildirib.

Qeyd edək ki, bu gün keçirilən onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR