Dərc edildi: Baxış sayı: 296
Məktəblərdə uşaqların hərarətinin ölçülməsinə başlanıldı - Nazir AÇIQLADI
Qızılcanın tədris prosesinə mane olmamasına çalışırıq. Bizim üçün əsas uşaqların sağlamlığıdır. Artıq məktəblərdə uşaqların hərarəti ölçülür.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
“Bizim indi üzləşdiyimiz vəziyyət 9-10 il əvvəl valideynlərin verdiyi qərarın nəticəsidir. Bu virusda peyvəndlənmə önəmlidir. Hazırkı rəqəmlər onu deyir ki, böyük bir pandemiya təhlükəsi yoxdur. Ayrı-ayrı yerlərdə, məktəblərdə yoluxmalar var. Başqa məktəblər və ya siniflər distant təhsilə keçirilməyib, yalnız bir məktəbdə yoluxma sayı çox olduğu üçün distant təhsilə keçirilib”, - deyə nazir əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət