Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəblərdə psixoloji müayinələr aparılacaq - Yeni qayda

Məktəblərdə psixoloji müayinələr aparılacaq - Yeni qayda
Sakura

Azərbaycanda təhsil müəssisələrində psixoloji müayinələrin aparılması qaydası müəyyən edilib

Azərbaycanda təhsil müəssisələrində psixoloji müayinələrin aparılması qaydası müəyyən edilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsinə əsasən, təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz.

Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir.

Təhsil müəssisələrində aparılan psixoloji müayinələrin nəticələri müayinə olunan şəxsin özünə və ya onun qanuni nümayəndəsinə verilir. 14 yaşına çatmayanlar barəsində müayinənin nəticələri yalnız qanuni nümayəndənin razılığı olduqda, 14 yaşı tamam olmuş şəxslər barəsində isə yalnız qanuni nümayəndənin, yaxud özünün razılığı olduqda bilavasitə tədrisi həyata keçirən müəllimə, təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.

Psixoloji müayinələrin nəticələri təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) ilə müzakirə olunmalı və sonrakı tədbirlər üçün onlardan icazə alınmalıdır.

Qeyd edək ki, “Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR