Slimfit
  1. CƏMİYYƏT

Məktəblərdə övladlarımızın sağlığı nə dərəcədə qorunur?

Məktəblərdə övladlarımızın sağlığı nə dərəcədə qorunur?
Sakura

Məktəblərdə övladlarımızın sağlığı nə dərəcədə qorunur?

Məktəblərdə şagirdin təhsili ilə yanaşı, onun sağlamlığı da önəmlidir. Valideyn övladını təhsil müəssisəsinə etibar edirsə və uşaq günün çox hissəsini burada keçirirsə, lazımi şəraitin də yaradılması şərtdir.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür.

Dərs müddətində şagird səhhəti ilə bağlı bir çox problemlərdə üzləşə bilər.

Şagird: “Dərs vaxtı bəzən başımız ağrıyır, ona görə tibb məntəqəsinə gəlirik, burada bizə dərman verirlər. Bir yerimiz zədələnəndə ilkin tibbi yardım göstərib, yaramızı bağlayırlar”.

Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq tibbi kabinet ayrılmalı, bu sahə üzrə ixtisaslı kadrlar çalışmalıdır. Həmin tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhəl ilkin yardım göstərməlidir.

Ağgün İlyasova – 2 saylı uşaq poliklinikasının tibb bacısı: “Məktəb bizə təhvil veriləndən bugünə qədər tibb xidməti çalışır. Səhər tezdən gəlib uşaqlara nəzarət edirik. Xəstə, nasaz uşaqları otağa dəvət edib ilkin tibbi yardım göstəririk”.

Amma məktəblərin çox az hissəsində tibbi yardım otaqları yaradılıb. Bəzi təhsil müəssisələrində isə siniflərdə tibbi yardım ləvazimatları saxlanır. İlkin müdaxiləni isə əlacsızlıqdan ya müəllimlər, ya da şagird yoldaşları etmək məcburiyyətində qalır.

Direktor müavini: “Məktəbdə tibb bacısı vəzifəsi yoxdur. Buna görə də mən özüm başda olmaq şərtilə müəllimlərimiz sinif otaqlarında tibbi avadanlıqlar saxlayırıq. Uşaqlar da həmin tibb çantasının yerini bilirlər. İstənilən zaman onlar bir-birlərinə də tibbi müdaxilə edə bilirlər”.  

Bu imkanlar heç də təhsil müəssisələrinin hamısında yoxdur. Elə məktəblər də var ki, səhhətində problem yaranmış şagirdi maarifləndirici söhbətlə sağaltmağa cəhdlər göstərilir.

Rəşid Nurməmmədov - Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi: “Biologiya müəllimlərinin, uşaq birliyi rəhbərlərinin vasitəsilə uşaqları ilk tibbi yardım göstərilməsi istiqamətində bəzi işlər də təşkil edilir. İlkin tibbi yardım edilməs istiqamətində maarifləndirici lövhələrin hazırlanması da prioritet məsələlərdəndir”.

Təbii ki, bu kifayət deyil. Ekspertlər bildirirlər ki, tibb bacısı tərəfindən məktəblərdə şagirdlərin sağlamlığı üçün təhlükə yarada biləcək bütqn amillər nəzərə alınıb, tədbirlər gorülməlidir. Bura bufetdəki qidaların istifadə müddətindən, döşəməni silmək üçün istifadə olunan xlorun tərkibinin yoxlanmasına qədər proseslər daxildir.

Ağgün İlyasova - 2 saylı uşaq poliklinikasının tibb bacısı: “Tez-tez siniflərə gedib uşaqlara nəzarət edirik. Qidalarının istifadə tarixinə qədər baxıb, diqqət göstəririk”.

Qeyd edək ki, Nazirlər Kabineti “Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarını təsdiqləyib. Həmin qaydalara görə, ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalı və tibbi xidmət pulsuz həyata keçirilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR