Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəblərdə müxtəlif dinlərlə bağlı dərs keçiləcək

Məktəblərdə müxtəlif dinlərlə bağlı dərs keçiləcək
Sakura

Məktəblərdə müxtəlif dinlərlə bağlı dərs keçiləcək

Orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də digər dinlər barədə də məlumatlı olmalıdırlar. Yaxın gələcəkdə "Həyat bilgisi" fənnində müxtəlif dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir.

Femida.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, kitablarda bu barədə məlumatlar var, sadəcə bu, daha da genişləndiriləcək. Bəzi insanlar elə bilirlər ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində və ya din xadimləri kimi din öyrədiləcək. Ancaq bu cür olmayacaq.

Sədr, həmçinin əlavə edib ki, Bakıda və digər bölgələrdə yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır. İşlər başa çatdıqdan sonra kolleclər İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Kolleclərdə oxuyub təhsilini uğurla başa vuran tələbələr növbəti mərhələdə İlahiyyat İnstitutunda tədrisini davam etdirəcəklər.

Komitə sədri bildirib ki, Azərbaycanda məscidlərdə çalışan imamlar və din xadimlərinin say məsələsi tamamilə elmi cəhətdən araşdırılıb. Məscidlərdə olan din xadimlərinin hazırlığında rəqəmlərin həddindən artıq böyük olmasına ehtiyac yoxdur. Misal olaraq, İlahiyyat İnstitutu 60 tələbə qəbul edirsə, kolleclər də 15 tələbə qəbul edəcək. Bu da din sahəsində olan tələbatı ödəyə biləcək. Kolleclər də pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilikləri xaricə getmədən əldə etməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR