Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəblərdə inklüziv hazırlıq qrupları təşkil edilir

Məktəblərdə inklüziv hazırlıq qrupları təşkil edilir
Sakura

Məktəblərdə inklüziv hazırlıq qrupları təşkil edilir

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, əmrə əsasən pilot təhsil müəssisələrində - Bakı şəhərində 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.

Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsi təmin ediləcək. 

Həmçinin, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsi, Təhsil İnstitutunun pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsi təmin ediləcək.

Bildirilir ki, əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR