Slimfit
  1. AZƏRBAYCAN

Məktəblərdə "donuz qripi" var? - Nazirlik açıqladı

Məktəblərdə "donuz qripi" var? - Nazirlik açıqladı
Sakura

Məktəblərdə "donuz qripi" var? - Nazirlik açıqladı

Təhsil Nazirliyi Azərbaycanda şagirdlər və müəllimlər arasında qızılca və A (H1N1) virusuna rast gəlinib-gəlinməməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər və müəllimlər arasında sözügedən virusların yayılması barədə Təhsil Nazirliyinə rəsmi məlumat daxil olmayıb.

Qeyd edək ki, ölkənin baş infeksionisti Cəlal İsayev yoluxma hallarının, adətən, yaşlı insanlar, əsasən də, tələbələr, yuxarı sinif şagirdləri arasında müşahidə olunduğunu deyib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva dekabr ayı ərzində qızılca ilə əlaqəli 55 yoluxma hadisəsinin təsdiq olunduğunu qeyd edib.

Bundan başqa, baş epidemioloq İbadulla Ağayev Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilmədiyini, onların hamısının sağlam vəziyyətdə olduqlarını bəyan etmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR