"Məktəblərdə dərslər canlı keçirilməlidir"- Azərbaycanlı Professordan AÇIQLAMA
"Beşinci və yuxarı sinif şagirdlərinin oktyabr-noyabr ayında kollektiv görüşlərə buraxılması kəskin respirator virus infeksiyalarının sürətlə yayılmasına səbəb ola bilər. Onların sentyabrın əvvəlindən tədricən kollektivə buraxılması daha məqsədəuyğundur. Noyabr ayından online dərs rejiminə keçid üçün (uşaqların avtobusla daşınması alınmazsa) yoluxma sayının artmasına görə deyil, ölüm və ağırlaşma hallarının sıxlığına görə qərar verilməlidir"
Ens.az Sonxeber.az-a istinadən xəbər verir ki, bir qrup tibb işçilərinin, həkim- professor heyətinin iştirakı ilə reallaşan həkimlərin ictimai əsaslı AHİB Təşəbbüs qrupunun bəyanatında belə deyilir.
Saytımıza özəl olaraq bu barədə açıqlama verən azərbaycanlı professor Adil Qeybulla məktəblilərin dərslərinin fiziki, yəni canlı təmin edilməli olduğunu bildirib:
"Onlayn dərslərə insanlarımız hazır deyil. Dərslərin ənənəvi qaydada keçirilməsi olduqca vacibdir, çünki bizdə təhsilin durumu ürəkaçan deyil.
Uşaqlarda adətən koronavirusa rast gəlinmir, virusa yoluxma olmayacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət