Slimfit
  1. CƏMİYYƏT

Məktəbdə 1 nəfər işdən çıxarıldı, 7 nəfərə töhmət verildi - TN

Məktəbdə 1 nəfər işdən çıxarıldı, 7 nəfərə töhmət verildi - TN
Sakura

Məktəbdə 1 nəfər işdən çıxarıldı, 7 nəfərə töhmət verildi - TN

Bu ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri üzrə 169, 322, 327 nömrəli tam orta və 3 nömrəli xüsusi təhsil məktəblərində, Sabirabad rayonu Qasımbəyli kənd, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Lənkəran rayonu Separadi kənd tam orta məktəblərində təsdiqini tapan hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.

 

Fəaliyyətində nöqsanlara yol verən 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanan materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR