Dərc edildi: Baxış sayı: 495
Meksikada sutka ərzində koronavirusdan 152 nəfər ölüb
Meksikada koronavirusa yoluxma hallarının sayı 12 872-ə çatıb, son 24 saat ərzində 152 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyinin nümayəndəsi Xose Luis Alomia xəbər verib.
Bildirilir ki, son iki həftə ərzində həkimlər koronavirusa 4502 yeni yoluxma hadisəsi qeydə alıb. Ölənlərin ümumi sayı 1221-ə yüksəlib.
Ölkədə ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Yerli hakimiyyət aprelin 30-dək sanitariya sahəsində fövqəladə vəziyyət rejimini elan edərək koronavirus pandemiyasının qarşısının alınması üçün karantin tədbirlərini sərtləşdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət