Slimfit
  1. DÜNYA

Meksika prezidenti bu lüks təyyarədən imtina etdi

Meksika prezidenti bu lüks təyyarədən imtina etdi
Sakura

Daha 60 təyyarə və helikopter də satılacaq

Meksika prezidenti Andres Manuel Lopez Obrador 218 milyon dollar dəyərində olan "Boeing Dreamliner 787-8" model təyyarəni satmağa hazırlaşır.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Təyyarə 2016-cı ilin martında keçmiş dövlət başçısı Penya Nietonun vaxtında alınmışdı.

"Röyters"in xəbərinə görə, Lopez Obrador şənbə günü keçirdiyi bir mitinqdə təyyarələrin satışıyla bağlı "Köhnə siyasətçilərin istifadə etdiyi təyyarə və vertolyotları satırıq" deyə bildirmişdi.

O, hökumətin inventarında olan 60 təyyarə və helikopteri də satacaqlarını bildirib.

Şənbə günü Meksika Maliyyə Naziri ölkədəki jurnalistləri təyyarənin içinin fotoşəkillərini çəkmək üçün dəvət edib.

Həmin fotoları sizə təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR