Dərc edildi: Baxış sayı: 526
Meksika klubu Azərbaycan millisinin futbolçusu üçün yarım milyon avro ödəmək istəyir
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov karyerasını Meksikada davam etdirə bilər.
“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, başa çatan mövsümün yekunlarına əsasən, elitaya vəsiqə qazanan “Atletiko San-Luis” klubu 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bildirilir ki, Meksika təmsilçisi İsrafilovun keçidi üçün İspaniya çempionatının I divizonunda çıxış edən klubu “Alkorkon”a 500 min avro transfer haqqı ödəməyə hazırdır. Onun xidmətində İngiltərə Çempionşipində mübarizə aparacaq “Luton”nun da maraqlı olduğu vurğulanır.
Qeyd edək ki, “Atletiko San-Luis”in səhmlərinin 51 faizi İspaniyanın “Atletiko” klubuna məxsusdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət