Slimfit
  1. MEDİA

MEK yubileyi çərçivəsində Nəriman Nərimanova dair elektron kitabları təqdim edir

MEK yubileyi çərçivəsində Nəriman Nərimanova dair elektron kitabları təqdim edir
Sakura

MEK yubileyi çərçivəsində Nəriman Nərimanova dair elektron kitabları təqdim edir

Görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun 150 illik yubileyi çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) onun həyat və fəaliyyətinə dair zəngin arxiv materialları əsasında yazılmış bir sıra əsərləri və sənədləri PDF formatında geniş oxucu kütləsinə təqdim edir. Oxucular elmi redaktoru akademik Ramiz Mehdiyev, tərtibçisi Teymur Əhmədov olan “Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər”, Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, “Nəriman Nərimanovun tarixi missiyası”, tərtibçisi və rus dilindən çevirəni Vilayət Quliyev olan “Əlimərdanbəy Topçubaşov Paris məktubları”, eləcə də rus dilində “Дипломатические беседы A.Топчибашева в Стамбуле”, “А.М.Топчибаши М.Э.Расулзаде. Переписка 1923-1926”, “А.М.Топчибаши: документы из личных архивов. 1903-1934” nəşrləri ilə kitabxananın mek.az saytında tanış ola bilərlər. 

Ədəbiyyatımızın demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayan, əsərlərində maariflənməyə, mədəni yüksəlişə çağırış edən Nəriman Nərimanov Azərbaycan mədəniyyətinin və milli bədii nəsrinin tərəqqisinə dəyərli töhfələr verib. 

Bədii yaradıcılığı ilə ictimai-siyasi fəaliyyəti sıx bağlı olan Nəriman Nərimanov milli maraqları daim üstün tutan şəxsiyyət kimi mədəni sərvətlərimizin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirib, elmin və maarifin inkişafı üçün yorulmadan çalışıb. 

Ötən əsr Azərbaycan tarixində iz qoymuş Nəriman Nərimanovun fəaliyyəti məhz    Ulu öndər Heydər Əliyevin sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə xalqımıza çatdırılıb. Ümummilli lider Heydər Əliyev Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı olub. 

Qeyd edək ki, MEK tərəfindən PDF kitablar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 19-cu maddələrinə uyğun olaraq, müəlliflik hüququ haqqında razılaşmaya əsasən oxucuların ixtiyarına verilir.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR