Slimfit
  1. MEDİA

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş bazası istiqamətində işlər davam etdirilir

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş bazası istiqamətində işlər davam etdirilir
Sakura

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş bazası istiqamətində işlər davam etdirilir

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş bazası istiqamətində işlər davam etdirilir

Müasir dövrün tələbinə uyğun olaraq, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) məlumatların elektronlaşması sahəsində işlər davam etdirilir.

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi də bu sahədə işini müvafiq istiqamətdə uğurla görən şöbələrdən biridir. Son üç ayda şöbənin əməkdaşları tərəfindən MEK-in İRBİS proqramına (e-kataloquna) 599 məqalə, 9195 kitab daxil edilib. Bundan əlavə, 2000-dən artıq yeni kartoçka çap edilərək kataloq yeşiklərinə yerləşdirilib, 1000-ə yaxın kitab e-kataloqda redaktə edilib, 253 ədəbiyyat isə Milli Rəqəmsal Yaddaş bazasına aid edilib.

Məlumat üçün bildirək ki, Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, ölkə və dünya araşdırmaçılarının istifadəsinə  verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur. Şöbə geniş oxucu kütləsinin ölkəmizə aid informasiya resursları ilə təmin edilməsi üçün həm ənənəvi, həm də elektron kataloqu bu mövzuda materiallarla zənginləşdirir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR