MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında müqavilə imzalanıb
MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında müqavilə imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” təsərrüfat idarəetmə hüququ üzrə Respublika dövlət müəssisəsinin Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə sözügedən təşkilatın baş direktoru Abubakirova L.P imzalayıblar.
Əməkdaşlıq sazişi, kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını da nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət