Slimfit
  1. MEDİA

MEK əməkdaşları Gəncədə Nizami yaradıcılığına həsr olunan silsilə tədbirlərdə iştirak ediblər

MEK əməkdaşları Gəncədə Nizami yaradıcılığına həsr olunan silsilə tədbirlərdə iştirak ediblər
Sakura

MEK əməkdaşları Gəncədə Nizami yaradıcılığına həsr olunan silsilə tədbirlərdə iştirak ediblər

24-26 noyabr tarixlərində Gəncə şəhərinə ezam olunan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları AMEA Gəncə bölməsi və MEK-in birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş sərgi və elmi-praktiki konfransda iştirak ediblər.

Elmi-praktiki konfransı giriş sözü ilə açan AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev cari ilin ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb, şeyx Nizaminin torpağında təşkil olunan tədbirin elmi mahiyyətindən danışıb.

Konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevanın “Nizami Gəncəvi irsinin araşdırılmasında informasiya resurslarının rolu” haqqında geniş məruzəsi dinlənilib. “2021-ci il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş onlarla kitab işıq üzü görüb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovun “Мыслитель, затменный славой поэта. О научном мировоззрении Низами Гянджеви” adlı kitabları və digər nəşrlər, eləcə də MEK tərəfindən hazırlanan və yaxın zamanlarda  işıq üzü görəcək “Nizami Gəncəvi” adlı biblioqrafik göstəricisi dahi mütəfəkkirin yaradıcılığının araşdırılmasında qiymətli mənbə olacaq”,- deyə icraçı direktor qeyd edib.

Tədbir zamanı MEK-in İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın bir neçə ay əvvəl işıq üzü görən “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsaiti də təqdim olunub. “Elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan metodik vəsaitdə, AMEA elmi-tədqiqat institutlarının kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilib”,- deyə müəllif qeyd edib. Müəllifin həmçinin mövzu ətrafında məruzəsi də dinlənilib.

Tədbirdə MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” biblioqrafik göstərici haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki,  Rus və Azərbaycan dillərində materialları əhatə edən biblioqrafik göstərici qırx dörd günlük İkinci Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında tərtib olunub. 

Konfransda MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, kitabxananın Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova  çıxışlarında bu torpaqda yaşayan dahi mütəfəkkirin yazdığı əsərlərinin bütün dünyada məşhur olduğunu böyük qürur hissi ilə bildiriblər.

Sonra hər iki elm müəssisəsi qarşılıqlı mübadilə yolu ilə bir-birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərini və onun haqqında yazılmış əsərləri, eyni zamanda, elmin digər sahələrini əhatə edən dəyərli kitablar hədiyyə ediblər.

Səfər çərçivəsində Mərkəzi Elmi Kitabxananın əməkdaşları Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunan  I Gəncə Kitab Sərgisinə də qatılıblar.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR