Slimfit
  1. MEDİA

MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub

MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
Sakura

MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “Azerbaijani multiculturalism” adlanan ingilis dilində dərslik daxil olub.

Azərbaycanın ali təhsil müəssisələrində keçirilən “Azərbaycan multikulturalizmi”  fənninin dünyanın nüfuzlu universitetlərində uğurlu tədrisini həyata keçirmək məqsədilə eyniadlı dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr edilib.

“Şərq-Qərb” nəşriyyatında çap edilən dərsliyin müəllifləri akademik Kamal Abdulla və Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovdur.

Dərslik kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən  “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılmasıı" adlı layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.

       

AMEA Mərkəzi Elmi Kitabxana      

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR