Slimfit
  1. MEDİA

MEK-də “Türk ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb

MEK-də “Türk ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb
Sakura

MEK-də “Türk ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb

17-23 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Türk ədəbiyyatı həftəsi” keçirilir.

“Türk ədəbiyyatı həftəsi”nin açılışında Türkiyə Cümhuriyyətinin və Qazaxıstan Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, türk dünyasının iş qurumları, elm adamları və media mənsubları iştirak ediblər.

Öncə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev Türk Millətinin istiqlalının simvolu, Türkiyə Cümhuriyyəti böyük dövlət xadimi və böyük mütəfəkkir Qazi Mustafa Kamal Atatürkün yubileyinə həsr olunmuş “Türk ədəbiyyatı həftəsi”nin önəmindən danışıb. Qeyd edilib ki, yaşadığı müddətcə Atatürk, təkcə Türkiyənin deyil, bütün türk dünyasının qayğısını çəkib. Onun XX əsrin əvvəllərində başladığı işi davam etdirən ümummilli liderimiz Heydər Əliyev Türkiyəyə və ümumilikdə türk dünyasına ehtiramın əlaməti olaraq, 9 mart 2001-ci il tarixili Sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-mənəvi, mədəni bağlılığımızın inkişafı üçün mühüm əhəmiyyət daşıyan Atatürk irsinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycanda Atatürk Mərkəzini yaradıb.

Qeyd olunub ki, Atatürkün  xarici  siyasətində türk dünyası məxsusi yer tutub və qardaş Türkiyə hər zaman Azərbaycana arxa durub. “Heç şübhəsiz, Atatürkün Azərbaycanla bağlı "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri, dəyərli fikirləri və vaxtı ilə görmüş olduğu işlər unudulmur. Bu gün də Azərbaycan-Türkiyə əlaqələri həmin möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun Zəfər tarixini yazdığı 44 günlük müharibənin ilk anından qardaş ölkənin dəstəyi dərin köklərə, tarixə malik dostluğun aydın ifadəsidir” deyə professor Məmməd Əliyev vurğulayıb.

Millət vəkili, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycanda türk ədəbiyyatına və tarixinə böyük maraq olduğunu qeyd edib. Akademik bildirib ki, AMEA-da M.K.Atatürkü və ümumilikdə Türkiyə Cümhuriyyətini tədqiq edən onlarla elmi işlər yazılıb.

Qonaqlardan Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Təhsil üzrə müşaviri Dr. Nihat Büyükbaş Mustafa Kamal Atatürkün bütün türk dünyasının ortaq dəyəri olduğunu vurğulayıb. Nihat Büyükbaş Türkiyəyə, Çağdaş Türkiyənin qurucusu, ölməz Mustafa Kamal Atatürkə və ümumilikdə türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxananın təşəbbüsünü yüksək qiymətləndirib.

Çıxış edənlər Millət vəkili Arzu Nağıyev, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci Qəzet"in baş redaktoru Rəşad Məcid,  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digərləri hər iki xalqın böyük liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kitabxana sahəsinə göstərdiyi etimad və qayğıdan, türk xalqlarının qədim tarixi köklərindən, ölkələrarası səmimi dostluq və qardaşlıq münasibətlərindən, bu sarsılmaz birlikdə Türkiyə kitabxanaları ilə əlaqələrin inkişafından söhbət açıblar. Kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin  yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyini qeyd ediblər.

Tədbirdə, MEK tərəfindən hazırlanan Atatürkün ictimai-siyasi fəaliyyətini, mənalı ömür yolunu özündə əks etdirən kitablardan ibarət videoslayd nümayiş olunub.

Daha sonra MEK-in fondlarında qorunan Mustafa Kamal Atatürkün həyatı, fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən 100-dən artıq dəyərli və maraqlı nəşrlərə baxış keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR