MEK-də “Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil olunub
Qazaxıstanın müstəqilliyinin 30 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil olunub. Sərgidə Qazaxıstanın tarixi, mədəniyyəti, eləcə də bir sıra digər sahələrini əhatə edən nəşrlər nümayiş olunur.
Nəşrlər sırasında “Летопись города Актау (2003-2008)”, “Modern Kazakhstan The Expo Legacy”, “The Planet of Friendship”, “Казахыстан это родина яблок (Кристофер Роббинс)”, “Mangistau”, “Политика Мира и Согласия (Нурсултан Назарбаев)”“KAZAKHSTAN AND OİC. Peace.Cooperation.Development”, bir neçə cilddən ibarət olan “Первый Президент Республики Казахстан НУРСУЛТАН НАЗАРБАЕВ Хроника деятельности” və digər kitablar yer alıb.
Qeyd edək ki, 07 aprel 2021-ci il tarixdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov MEK-də “Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisinin açılışında iştirak edib.
Məlumat üçün bildirək ki, MEK tərəfindən yaxın zamanlarda həmin kitablar e-kataloqa daxil edilərək, elektron formada oxucuların istifadəsinə veriləcək.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr şöbəsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət