Slimfit
  1. MEDİA

MEK-də Mülki Müdafiə Günü qeyd olunub

MEK-də Mülki Müdafiə Günü qeyd olunub
Sakura

MEK-də Mülki Müdafiə Günü qeyd olunub

MEK-də Mülki Müdafiə Günü qeyd olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. 

Tədbir Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2022-ci il üçün “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi: könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusu üzrə baş tutub.

MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov iştirakçılara bu işin təşkilindən söz açıb, əməkdaşlara və oxuculara əyani vəsaitlər, fövqəladə hallarda hazırlıq, xəbərdarlıq yolları haqqında məlumatlar verərək onların suallarını cavablandırıb.

Tədbir boyunca fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx da nümayiş olunub.

Qeyd edək ki, tədbir koronovirus pandemiyasının geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə növbəli şəkildə, məhdud sayda iştirakçı ilə baş tutub.

Xatırladaq ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilir. Mərkəzi Elmi Kitabxanada il ərzində müntəzəm olaraq MEK-in Mülki Müdafiə qərargahı tərəfindən Mülki Müdafiə hazırlığı tədbirləri həyata keçirilir.

AMEA Mərkəzi Elmi Kitabxana

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR