Slimfit
  1. MEDİA

MEK-də “Cambridge University Press” nəşriyyatının mənbələrinə dair vebinar keçirilib

MEK-də “Cambridge University Press” nəşriyyatının mənbələrinə  dair vebinar keçirilib
Sakura

MEK-də “Cambridge University Press” nəşriyyatının mənbələrinə dair vebinar keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə “Cambridge University Press” nəşriyyatının mənbələrinə dair vebinar keçirilib. Tədbirdə MEK əməkdaşları ilə yanaşı AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabxana mütəxəssisləri iştirak ediblər.

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun ölkə üzrə milli əlaqələndiricisi və MEK-in İnnovativ layihələr şöbəsinin rəhbəri Cəmilə Yusifova “EBSCO” məlumat bazasının yeni xidmətləri haqqında məlumat verib.

Sonra vebinar iştirakçları ilə EBSCO İnformasiya Xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz dünyanın ən böyük universitet nəşriyyatlarından olan “Cambridge University Press” nəşriyyatı haqqında məlumat verib. Bildirib ki, nəşriyyat humanitar və sosial elmlər, texnologiya və tibb sahələri üzrə elmi resurslarının elektron variantlarını beynəlxalq dillərdə istifadəçilərə təqdim edir. O, nəşriyyata daxil olan yüksək indeksli jurnalların seçilməsi və qiymətləndirilməsi, bu sahədə əməkdaşlığın davamlı aparılması ilə bağlı məlumatları iştirakçılarla paylaşıb. Nəşriyyatın elmi bazasının Azərbaycan alimlərinin fəaliyyəti və onların elmi tədqiqatları üçün mühüm informasiya mənbəyi kimi zəruri olduğunu deyib.

İnteraktiv keçən vebinarda “Cambridge University Press” nəşriyyatının təklif etdiyi xidmətlər və arxiv materiallarına onlayn çıxış imkanları müzakirə olunub, mövzu ətrafında suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR