Slimfit
  1. İQTİSADİYYAT

Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək

Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək
Sakura

Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək

 

Müxtəlif qida və geyim tələbatlarımızı qarşılamaq üçün mağazalara girib alış-veriş edirik. Bəzən isə görürük ki, mağazalarda satılan malın üzərində qiymət yazılmayıb.

Oxu.Az məsələyə hüquqi aydınlıq gətirməyə çalışıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları"na əsasən, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Eyni zamanda, qiymət kağızının arxa tərəfindən mütləq maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi yazılmalıdır.

"İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanuna görə isə istehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir.

Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir.

İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsində isə qiymətlərlə bağlı tələblərin yerinə yetirilməməsinə görə cəza nəzərdə tutulub.

Belə ki, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq olunur.

Həmin maddənin ikinci bəndində isə yazılıb ki, Azərbaycan ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi şərtdir. Əgər bu tələb yerinə yetirilməsə, sahibkar 1100 manatdan 1650 manatadək məbləğdə cərimə edilə bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR