Slimfit
  1. CƏMİYYƏT

“Mehriban xanımın sayəsində kəfəni yırtdım...” -Xalq artisti səhhətindən danışdı...

“Mehriban xanımın sayəsində kəfəni yırtdım...” -Xalq artisti səhhətindən danışdı...
Sakura

“Mehriban xanımın sayəsində kəfəni yırtdım...” -Xalq artisti səhhətindən danışdı...

Dekabrın 27-də qəfil halı pisləşərək xəstəxanaya yerləşdirilən Xalq artisti, Milli Konservatoriyanın professoru, kaman ustası Fəxrəddin Dadaşov indi özünü normal hiss edir.
 
Bu haqda Moderator.az-a açıqlamasında Xalq artisti özü məlumat verib. O, göstərilən diqqət və qayğıya görə Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib:
 
“Allaha min şükür, indi yaxşıyam. Hazırda xəstəxanadayam və müalicələrim davam edir. Hələ ki, evə nə vaxt buraxılacağımla bağlı məlumat verməyiblər, amma sağ olsun həkimlərimiz mənə çox köməklik edir. Əsas Mehriban xanımın sayəsində kəfəni yırtdım. Göydə Allah, yerdə isə Mehriban xanım mənə yaşamaq üçün kömək etdi. Bütün müalicə xərclərimi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Hamısına minnətdarlıq edirəm. Əvvəl xəstəxanaya yerləşdiriləndə çox pis idim, amma indi özümü yaxşı hiss edirəm maşallah”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR