Slimfit
  1. AZƏRBAYCAN

Mehriban xanım qazimizlə bağlı dərhal göstəriş verdi

Mehriban xanım qazimizlə bağlı dərhal göstəriş verdi
Sakura

Mehriban xanım qazimizlə bağlı dərhal göstəriş verdi

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə insanlarımızınm, demək olar ki, hamısı bilirlər. Şəhid ailələrimiz, qazilərimizlə görüşlərdə, bir sıra çıxışlarında da hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qazi Qoşqar Hacıyevin komaya düşməsi və xəstəxanaya yerləşdirilməsindən narahat olanlara müraciətlə qeyd edib. Millət vəkili bildirib ki, Qoşqar birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” Hərbi Hospitalına göndərilmiş və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olmuşdur:

“Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar qardaşımız “Gülhanə” Hərbi Hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb. Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib. Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik”.

Millət vəkili vurğulayıb ki, bu, dövlətimizin maraqlarına zərbə vuran və düşmən sevindirən addımlardır:

“Digər tərəfdən, hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbauata adətən məlumatlar vermirlər”.

Millət vəkili Qoşqar Hacıyevlə bağlı məlumat alan kimi Hərbi Hospitala getdiyini, hospitalın rəhbəri ilə ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə vəziyyəti müzakirə etdiyini bildirib:

“Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdi. Bu məsələni 1-ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə çatdıranda onun dediyi söz "Hər zaman qazimizin yanındayıq" oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini tapşırıb və bu dəstək göstəriləcək. “Gülhanə” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar qardaşımızı “Gülhanə”də müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “Həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər” dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi. Bu gün EGE Hospitalda həm Qoşqar qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. “Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdir” dedilər və Heydər Əliyev Fondundan nümayəndələrin gəldiyini, həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də gərəkən bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər. Qazimizin əziz anası və bütün ailəsi Mehriban xanımın diqqətindən çox razı qaldılar və təşəkkürlərini söyləməmizi xahiş etdilər. Mən də öz adımdan və Qoşqar qardaşımızı sözün əsl mənasında düşünən bütün insanlar adından Mehriban xanıma bir daha gözəl addımı və örnəyi üçün təşəkkür edirəm. Yenə gözəl bir addımla hər birimizə örnək oldu. Anar müəllimə, EGE Hospitala, türkiyəli həkimlərə qazimizə diqqətləri və qayğıları üçün təşəkkür edirəm. Çox ağır vəziyyətdə olan Qoşqar qardaşımızın vəziyyətində bir az da olsa, müsbət irəliləyiş var. Allah yardımçısı olsun və dualarınızı əskik etməyin”.

Millət vəkili bildirib ki, bu yazıdan sonra Qoşqarla bağlı sadəcə düşmən sevindirən şəkil və yazılar paylaşanlar onları səhifələrindən çıxaracağına inanır:

“Dövlətimizi qorumaq hamımızın borcudur. Qazimizin hər zaman yanındayıq. Dualarınızı bol edin. Bu gün reanimasiyada qapıdan anası, qardaşı, döyüş dostu Razi bəy və digər dostlarla onunla qısa söhbət etməyə çalışdıq, onun üçün dualar etdiyimizi söylədik. Cavab verə bilməsə də, bizi duyduğunu hiss etmək çətin deyildi. Allah yardımçısı olsun. Allah ailəsinə də hər zaman kömək olsun”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR