Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərindəki qələbənin 75 illiyi ilə bağlı paylaşım edib.
M.Əliyevanın sosial media hesabında paylaşılan təbrikdə deyilir:
“Əziz veteranlar!
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb.
Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.
Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!”
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət