Dərc edildi: Baxış sayı: 592
Mehri Xatun - Neyləyim biçarə könlüm bir dəm olmaz yarsız
Neyləyim biçarə könlüm bir dəm olmaz yarsız
Əpsəm olmam nitəkim cəhd eylərəm bu arsız.
Bən dilimdə namım vird etdim, amma dilbərim,
Bir dəm anmaz adım, olmaz bir nəfəs əğyarsız.
Vəslini iqrar edib saldı bəni sevdalara
Döndü inkar eylədi bu dini yox iqrarsız.
Hy təbibi-can, mədət, bimannam, öldüm, mədət
Dedi xoşdur aşiq öldürmək bana timarsız.
Görmədim bir xub kim, yanmda olmaya rəqib,
Bu cahan bağmda hiç gül olmaz imiş xarsız.
Xublann mehrini Mehri ölürüz tərk etməriz
Kim nə der isə desin biz olamazız yarsız.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət