Dərc edildi: Baxış sayı: 622
Mehri Xatun - Kimsələr mənciləyin eşqə giriftar olmasın
Kimsələr mənciləyin eşqə giriftar olmasın,
Kimsənin mənciləyin sevdiyi əğyar olmasın.
Kimsənin yarı gözündən dur olub yad olmasın,
Kimsələr qəm xanəsində çarü naçar olmasın.
Kimsələr dilxəstə olub düşməsin yardan cüda,
Kimsənin şəhrində aləm gözünə dar olmasın.
Kimsələrin gül kimi yarı üzünə gülməsin,
Kimsələr bülbül kimi fəryad edib zar olmasın.
Dilərəm haq həzrətindən Mehri kimi, dostum,
Gecə-gündüz zarı qıl, yarın sana yar olmasın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət