Dərc edildi: Baxış sayı: 777
Məhməd Raseh Öztürkmən - O gözəl gözüylə baxsan boyu bayraq görünür
O gözəl gözüylə baxsan boyu bayraq görünür
Üzü aydan daha aydın, daha parlaq görünür.
Kəpənəklərdən, işıqlardan, ötən kəklikdən
Daha oynaq, daha parlaq, daha şaqraq görünür.
Sən də kəndin kimi bir çapqına vurğunmu, nəsən?
Nədən ey göz bəbəyim, kipriyin islaq görünür?
Kişinin ulduzu iş görməlidir, kəndi deyil,
Neçə qartal kimi ər var elə çaylaq göriinür.
O gözəl gözlərinizlə, o gözəl qaşlannız
Bir-birindən daha çapqın, daha oynaq görünür.
Rasehin tutduğu yoldan yürü, söz söylər ikən
Boylə söz ərlərinə sözlər oyuncaq göriinür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət