Slimfit
  1. CƏMİYYƏT

“Məhkəmələrdə 1-ci şəxslər mütləq dəyişdirilməlidir!” - Hüquqşünas

“Məhkəmələrdə 1-ci şəxslər mütləq dəyişdirilməlidir!” - Hüquqşünas
Sakura

“Məhkəmələrdə 1-ci şəxslər mütləq dəyişdirilməlidir!” - Hüquqşünas

Məhkəmə-hüquq sahəsindəki islahatlarla bağlı cənab Prezidentin 4 aprel 2020-ci il tarixli fərmanının icrası tam olaraq başa çatdırılmayıb.

Ens.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, həmçinin digər qurumların bu sahədə kifayət qədər işlər gördüyünü qeyd edib:

“Bir çox məsələlər öz həllini tapıb. Xüsusilə insanları ən çox narahat edən məsələlərdən biri məhkəmə proseslərində audioyazıların aparılmaması idi. Ona görə də bu sahədə iş tam sona çatdırılmalıdır. Vətəndaşların məhkəmələrə inamı  artırılmalıdır. Məhkəmə sistemindəki islahatlar həm də kadrları əhatə etməlidir. Bildiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi kursu kadr islahatlarını da əhatə edir. Yüksək postlarda yeni nəslin, gənclərin dəstəklənməsinə üstünlük verilir. Bu baxımdan hesab edirəm ki, məhkəmə hakimiyyətində də islahatlar aparılmalıdır. Gənc kadrları hakim kimi vəzifəyə təyin etdikdən sonra onlara rəhbərlik edən şəxsləri yaddan çıxarırıq. O vəzifəlrədə də dəyişiklik edilməlidir. Yeni tələblər, yeni format ortaya qoyulmalıdır. Hesab edirəm ki, Ali Məkəmədən tutmuş digər iri məhkəmələrdə köklü kadr islahatları aparılmalı və birinci şəxslər mütləq dəyişdirilməlidir”.

Ç.Qənizadə həmçinin qeyd edib ki, məhkəmə orqanlarıına yeni nəfəs, sərbəstlik, müstəqillik verilməlidir:

“Mən bu istiqamətdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının gördüyü işləri alqışlayıram. Eyni zamanda, prosesin daha çevik və operativ şəkildə davamı həyata keçirilməlidir. Bu günlərdə vəkillərimizin, hüquqşünaslarımızın bu sahə ilə bağlı təhlillərilə tanış oldum. Mən bu təhlillərdəki fikirləri dəstəkləyirəm”.

Ç.Qənizadə həmçinin hakimlərin iş yükünün azaldılması ilə bağlı görülməli işlərin olduğunu diqqətə çatdırıb:

“Əgər proseslərdə audioyazılar aparılırsa, artıq məhkəmə qərarlarının istər hökm, istər qərardad, istərsə qətnamə olsun, onların uzun-uzadı 10-20-30 vərəqdə yazılıb çap edilərək, vətəndaşa verilməsinin heç bir əhəmiyyəti yoxdur. Bu, hakimlərin iş yükünü, fiziki yükünü artırır. Əgər tərəflər arasında ciddi narazılıqlar, hər hansı proteslər yoxdursa, 30-40 səhifəlik qərarların yazılmasının mənasını başa düşmək olmur. Təsəvvür edin ki, bir hakim br gündə bir neçə işə baxırsa, onların sənədləşməsi üçün nə qədər fiziki əziyyət çəkir. Audioyazılar olduqca, qərarların çap variantının həcminin azaldılması hakimlərin də iş yükünün azalmasına gətirib çıxaracaq. Misal üçün: bu günlərdə mənə Rusiayadan bir cinayət işilə bağlı hökm daxil oldu. İki şəxs barəsində çıxarılan hökm cəmisi 6 səhifə idi. Amma Azərbaycanda bu cür hökmlər ən azı 20-30 səhifədən ibarət olur. Müqayisəni ona görə deyirəm ki, bürokratik yazışmalardan hökm və qətnamələrin təsviri hissəsində ittihamda olanları vərəqə köçürüb təkrar-təkrar eyni şeylərin yazılması hakimlərin də iş yükünü artırır. Ona görə də məhkəmə qərarlarının yeni formasına üstünlük verilməlidir. Ümd edirəm ki, Məhkəmə-Hüquq Şurası bu istiqamətdə addımlar atacaqdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR