Dərc edildi: Baxış sayı: 1291
Məhkəmədən Mübariz Mənsimovla bağlı qərar
Bu gün azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi baş tutub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fidan Quliyeva açıqlama yayıb.
Onun sözlərinə görə, M.Mənsimovun azadlığa buraxılmasıyla bağlı vəsatət təmin olunmayıb:
"Növbəti məhkəmə dekabrın 8-nə təyin edilib. Həmin müddətə kimi dəlillərin toplanaraq məhkəməyə təqdim olunması istənilib".
Qeyd edək ki, M.Mənsimov 15 martda saxlanılıb, 17 martda isə barəsində istintaq müddətində həbs qərarı verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət