Slimfit
  1. AZƏRBAYCAN

Məhkəmə Mübarizi təhqir edən psixoloqla bağlı qərar verdi

Məhkəmə Mübarizi təhqir edən psixoloqla bağlı qərar verdi
Sakura

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış…

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, Xətai rayon Məhkəməsində verilən iddia təmin edilməyib.

Bildirilib ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş N.Şahmarzadənin ünvanı düzgün göstərilməyib. Buna görə məhkəmə şikayəti aidiyyəti üzrə verilməsi üçün qərar çıxarıb. 

Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. 

Şikayətə Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR