Slimfit
  1. CƏMİYYƏT

Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib
Sakura

Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

Məhkəmə “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovla bağlı qərar qəbul edib.

Ens.az-ın məlumatına əsasən,bu barədə “Report”a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

Ə.Orucovun işi üzrə Səbail Rayon Məhkəməsinə ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında onun müraciəti qəbul olunmayıb.

Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR