Dərc edildi: Baxış sayı: 542
Məhəmmədəli bəy Məxfi - Oğrun yenə əğyarə baxar yar işəridən
Oğrun yenә әğyarә baxar yar içәridәn,
Bu baxmağı, әlhәq, mәni odlar içәridәn.
Hicrindә gözüm yaşı töküldükcә qutarmaz,
Guya ki, bu qan çeşmәsi qaynar içәridәn.
Şәhdi-lәbini sormasa, sönmәz dili-suzan,
Әzbәs ki, yanır narә o bimar içәridәn.
Könlümdә olan yarәni bir-bir görәsәn ta,
Bir xәncәr alıb köksümü sәn yar içәridәn.
Munca tökәrәm әşk, könül atәşi sönmәz,
Әzbәs ki, tutub zar könül nar içәridәn.
Әğyar ilә hәmbәzm ola bu lalәüzarım,
Min yarә urub köksümә dağlar içәridәn.
Heyhat vüsalın ola bu Mәxfiyә qismәt,
Ta çıxmaya bәzmindәki әğyar içәridәn.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət