Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmmədəli bəy Məxfi - Hər kəsin,kim üçün bir mehriban cananı yox

Məhəmmədəli bəy Məxfi - Hər kəsin,kim üçün bir mehriban cananı yox
Sakura

Məhəmmədəli bəy Məxfi - Hər kəsin,kim üçün bir mehriban cananı yox

Hәr kәsin kim, can üçün bir mehriban cananı yox, 
Öylә bilsin cismi var, amma içindә canı yox.

Bir könül kim, xalidir alәmdә zövqi-eşqdәn, 
Bir xәrabә mülkә bәnzәr kim, onun sultanı yox.

Lәblәrin bir abi-heyvandır, xәtin zülmәt ona, 
Böylә zülmәt içrә Xızrın çeşmeyi-heyvanı yox.

Hәr ay olduqda müdәvvәr var bir nöqsanı, leyk 
Bәdrlәnmiş aydır, ol arizin[in] nöqsanı yox.

Zülfünә eşq әhli iman vermәyin zahid әgәr 
Küfr söylәrsә, nola ol kafirin imanı yox.

Hәr qәm olsa dәhrdә derlәr ki, bir payanı var, 
Gör nә qәmdir dәrdi-hicrin kim, onun payanı yox,

Yar cövrü tәndә mehman olsa, xoşdur könlümә, 
Tarmar olsun o evlәr kim, onun mehmanı yox.

Hәr vüsalın aqibәt alәmdә bir hicranı var. 
Talibәm mәn ol vüsalә kim, onun hicranı yox.

Dәrdimin tәdbirini sordum Fәlatundan, dedi: 
Mәxfi, dәrdin eşq dәrdidir, onun dәrmanı yox.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR