Dərc edildi: Baxış sayı: 586
Məhəmməd Tağı Sidqi - Tutiya eyləmişəm çeşmimə xaki-dərini
Tutiya eyləmişəm çeşmimə xaki-dərini,
Gözüm insaf eləsin, tökməsin əşki-tərini.
Mən nə bədbaxt idim, axtardı münəccim neçə ay,
Bürci-əqrəbdə tapıb taleyimin əxtərini.
Çeşmi-məstan, səfi-müjgan, iki əbruyi-kaman,
Bu alar can, o tökər qan, bu çəkər xəncərini.
Sındırıb dirbəri-məhparə könül şişəsini,
Qorxuram nazikdi, paralaya əllərini.
Deməyin, Sidqi neyçün yazmadı keyfiyyəti-hal,
Neyləsin, göz yaşı yazdıqca yuyar dəftərini.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət