Dərc edildi: Baxış sayı: 822
Məhəmməd Hadi - Gözlərin
Qıldı, ey ahu, məni vəhşi qəzali gözlerin, Etdi səhragərdi-cənnət laübali gözlərin. Xanəbərduş eylədin zülfün kimi aşüftəni, Qıldı dil cəmiyyətin məhv ol bəlalı gözlərin. Taleim bənzərkən, ey afət, səbahi-hüsniinə, Eylədi halın kimi Şami Bilalı gözlərin. Çeşmi-əfsunpərvərində vardır istedadi-cəzb, Dilrübadır, dilrüba, əfsunla mali gözlərin. Etsə də tənzir, xovfiım yox, məni şami-fəraq, Daima təbşir edir sübhi-visalı gözlərin. Dideyi-səhhannın vardır iki xasiyyəti, Gah səlbü gab cəlb eylər məlalı gözlərin. Bunca kim, əhli-niyazə nazü istiğna satar, Ədlgahi-həqdə verməzmi sualı gözlərin? Abidi-məscidnişini eylədin sağərbədəst, Eyləyir təhmil üşşaqə vəbah gözlərin. Məncə məchul idi hala rəmzi-”əvcüd, vəqtərib”, Bəndənə məlum qıldı bu məalı gözlərin. Anlamazdım mən nədir dərd içrə əfvaci-xəyal, Eylədi rövşən, həqiqət, bu xəyalı gözlərin. Hər zaman qılsam nəzər ayineyi-nəzzarənə, Pişi-çeşmə ərz edər ol məhcəmalı gözlərin. Dideyi-xunbanmı gördükdə xab eylər fərar, Sübhü ərz etməkdə, mahim, ol Iəyali gözlərin İnqilab ərbabı görsün çöhreyi-gülrəngini, Onlara ifham edər tərzi-qitalı gözlərin. İnqilabiyyun olur həp zövqyabi-inqilab, Onlara bəxş etdimi zövqi-cidalı gözlərin. Sanma eylər xovf Hadi tiği-istibdaddən, Çoxdan etmiş qətl onu yarim, qitali gözlərin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət