Məhəmməd Füzulinin xatirə gecəsi keçirilib
Hövsanda Mirzağa Əliyev adına Mədəniyyət Evində və kəndin Cümə məscidində vəfatının 463-cü il dönümü münasibəti ilə dünya şöhrətli Azərbyacan şairi Məhəmməd Füzulinin xatirə gecəsi keçirilib.
FaktXəbər bildirir ki, tədbirlır filalogiya üzrə fəlsəfə doktoru Vərağa Almazovun təşəbbüsü ilə baş tutub.
Məsciddə keçirilən mərasim Qurani-Kərimin təlavəti ilə başlayıb. Daha sonra ilahiyyatçı alimlər və tədqiqatçılar İslam dininin Füzuli irsindəki bədii əksindən danışıblar.
Şairlər və muğam ustadları şairin Əhli-beyt haqqında söylədiyi şeir və qəzələri oxuyublar.
Mədəniyyət ocağında keçirilən tədbirdə isə çıxış edən alimlər Füzuli sözünün incəliklərindən, ədibin ayrı-ayrı əsərlərini, o cümlədən də “Leyli və Məcnun” romanını və “Bəngü-Badə” poemasını ideya istiqamətindən, sənətkarlıq xüsusiyyətlərindən geniş söz açıblar. Ədibin Azərbaycan Şərq və Dünya ədəbiyyatındakı öncül yeri ilə bağlı dərin mülahizələr söylənilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnistutunun direktoru akademik Mövsüm Nağısoylu, filologiya elmlər doktorları İmamverdi Həmidov, Laləzər Əlizadə, Ataəmi Mirzəyev, Nəzakət Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Zəkullah Bayramlı, Firudin Qurbansoy və başqaları iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət