Dərc edildi: Baxış sayı: 560
Məhəmməd Füzuli - Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
Ta ki, taği-zərnigarın çərx viran eyləmiş,
Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş.
Katibi-təqdir xətti-səbzə təhrir etməyə
Lövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.
Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin,
Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş.
Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən,
Cuybari-gülşəni zənciri-zindan eyləmiş.
Eyləmiş tədbiri-təşvişi-xəzan taracının
Lalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.
Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib,
Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.
Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyas
Kim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət