Dərc edildi: Baxış sayı: 1359
Məhəmməd Füzuli - Sərvi-azad qədinilə mana yeksan görünür
Sərvi-azad qədinilə mana yeksan görünür,
Nəyə sərgəştə olan baxsa, xuraman görünür.
Can görünməz desələr təndə inanman, nişə kim,
Lütfdən hər necə baxsam təninə, can görünür.
Derəm əhvalımı cananə qılam ərz, vəli,
Görə bilmən özümü onda ki, canan görünür.
Ey deyən: səbr qıl, ah eyləmə yari görcək,
Mənə düşvardır ol, gər sənə asan görünür.
Sordum əhvalımı eşqində münəccimlərdən,
Baxdılar tale’ evinə, dedilər: qan görünür.
Nə kəmandarsan, ey məh, ki, atıb qəmzə oxun,
Yıxdığın seyddə nə zəxm, nə peykan görünür.
Bir sənəm zülfünə guya ki, veribdir könlün
Ki, Füzulinin ikən halı pərişan görünür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət