Dərc edildi: Baxış sayı: 960
Məhəmməd Füzuli - Sən üzündən aləmi rövşən qılıb saldın niqab
Sən üzündən aləmi rövşən qılıb saldın niqab,
Yazıya salsın bu gündən böylə nurin afitab.
Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah,
Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab.
Əks ruyin suya salmış sayə, zülfün toprağa,
Ənbər etmiş toprağın adın, suyun ismin gülab.
Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizin
Kim, yeli bağrına basıb, suya göz dikmiş hübab.
Lə’lgun meydir əlində sağəri-simin ilə,
Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab?
Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,
Eyləyib məhbublər məcmuəsindən intixab.
Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq,
Budurur mən bildigim, “vəllahü ə’ləm bis-səvab”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət