Dərc edildi: Baxış sayı: 671
Məhəmməd Füzuli - Şəmi-ruyin afitabi-aləmaradır sənin
Şəm’i-ruyin afitabi-aləmaradır sənin,
Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.
Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,
Mümkün olan eybdən zatın mübərradır sənin.
Can verir lə’lin təmənnasında min abi-həyat,
Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan
Kim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin.
Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,
Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.
Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,
Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.
Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,
Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət